20 Aprel 2025
Müğənni Aysun: “İki mədəni insan kimi ayrılıq qərarı aldıq” - FOTO

Müğənni Aysun: “İki mədəni insan kimi ayrılıq qərarı aldıq” - FOTO

Müğənni Aysun: “İki mədəni insan kimi ayrılıq qərarı aldıq” - FOTO

24 Yanvar 2025 15:50 | Baxış sayı: 531

Müğənni Aysun İsmayılova ayrılıq xəbərləri ilə bağlı növbəti dəfə açıqlama yayıb.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə o, instaqramda video paylaşıb və bunları söyləyib:


"Bu açıqlamanı verməyi özümə borc bilirəm. Bəzilərinə maraqlı, bəzilərinə maraqsız ola bilər. Maraqsız olmağının tərəfdarıyam. Həyatda heç kəs heç nədən sığortalanmayıb, Allahın yazdığı taleyi heç kim dəyişə bilməz. Mənim qız övladım var, onun gələcəyi üçün belə şeylərlə gündəmə gəlmək istəmirəm. Son dəfə açıqlama verib bu söhbətin bağlanmağını istəyirəm, media nümayəndələrindən xahiş edirəm, ailəm haqqında yazmasınlar. Ramil Vəliyev mənim övladımın atasıdır, ona böyük hörmətim var. İki mədəni insan kimi ayrılıq qərarı almışıq, rəsmi boşanmamışıq, ərizə imzalayıb vermişəm".(olay.az)