SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlMüğənni Aynur Dadaşova həmkarı Niyam Salami barədə: “Qanacağı ora qədərdir”
20 İyul 2023 07:19 | Baxış sayı: 759
Müğənni Aynur Dadaşova qatıldığı teleşoulardan birində müğənni Niyam Salami ilə iş ortaqlığının bitməsi barədə danışıb.
AJMEDİA.İNFO xəbər verir ki, müğənni dostu Niyam Salamidən giley-güzar edib.
“Dost dediyim insan haqda pis danışa bilmərəm. Hər kəsin öz qabiliyyəti var. Niyam dostumdur, canımdır. Amma onun qabiliyyəti, qanacağı ora qədərdir. Ona nəsə tövsiyə etməyəcəyəm, az yaşı yoxdur. O, öz səviyyəsində, mən də öz səviyyəmdə danışıram”, - müğənni bildirib.
“Niyam istəmirsə, məni danışdırmasın. Özü bilər. Deyim ki, Niyamla aramızda artıq sözlər olub, xeyr! Niyam haqqımda hansısa aqressiv və xoşagəlməz sözlər deyə bilər. Əgər bir insana dost deyib, çörək kəsirsənsə, necə onun haqda pis söz deyə bilərsən? Bəs zamanında dost deyirdin? Mənə gündəm və ya qalmaqal lazım olsa, telefonumda elə səs yazıları var ki, onu ortalığa çıxarsam, hamı ondan yazar", - Aynur Dadaşova əlavə edib.
Qeyd edək ki, bir müddət öncə Niyam Salaminin açdığı istirahət mərkəzində solist kimi işləyən Aynur Dadaşova özü şəxsi restoran açarkən Niyamla aralarında soyuqluq yaranıb. Reklam xatirinə öncə cütlüyün evlənəcəyi bildirilsə də araları soyuduqdan sonra Niyam Salam verdiyi açıqlamalrdan birində Aynur haqqında "qoynumda ilan bəsləmişəmmiş" ifadəsini işlədib.(lent.az)