20 Aprel 2025
"Müəllimlik" ixtisası ləğv edilir? - Nazir AÇIQLADI

"Müəllimlik" ixtisası ləğv edilir? - Nazir AÇIQLADI

"Müəllimlik" ixtisası ləğv edilir? - Nazir AÇIQLADI

06 Fevral 2025 11:39 | Baxış sayı: 585

Kolleclərdə "Müəllimlik" ixtisası tədricən ləğv ediləcək.

AJMEDİA.İNFO xəbər verir ki, bunu AzTV-yə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq.

"Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə, əsasən, ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır", – deyə nazir qeyd edib.

O bildirib ki, kolleclərdə, əsasən, ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq.