20 Aprel 2025
Müdafiə Nazirliyinin sabiq bölmə müdiri həbs olunub

Müdafiə Nazirliyinin sabiq bölmə müdiri həbs olunub

Müdafiə Nazirliyinin sabiq bölmə müdiri həbs olunub

30 İyul 2024 09:26 | Baxış sayı: 378

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Laçınov Rəhim Mirzə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü və 32.5, 341.2.3-cü maddələri ilə ittiham elan edilmiş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə APA-ya hərbi prokurorun böyük köməkçisi Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

Qeyd edək ki, Rəhim Laçınovun həbsi barədə məlumatı ilk olaraq "Bizim.Media" yayıb.

Teqlər:
Həbs