SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlMüdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE + FOTO
13 May 2024 08:45 | Baxış sayı: 474
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Xıdır oğlu Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub.
AJMEDİA.İNFO yeni təyin olunan rəisin dosyesini təqdim edir:
Müşfiq Məmmədov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının məzunudur.
Əslən Laçın rayonundan olan M.Məmmədov həm də Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edib.
Prezidentin “general-mayor” ali hərbi rütbəsinə layiq gördüyü Müşfiq Məmmədov Azərbaycanın Ankaradakı səfirliyinin hərbi attaşesi olub.
O, 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.