SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl"Müavinimin yoldaşının və baldızının evini qanunsuz söküblər..." - Deputatdan Milli Məclisdə ETİRAZ
05 Mart 2024 10:57 | Baxış sayı: 413
“Heç kim məhkəmə qərarı olmadan mülkiyyətindən azad edilə bilməz. Ancaq bizdə arxayın tikinti şirkətləri var, bilirlər ki, onlara heç kim heç nə deməyəcək”.
AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Məclisin 5 mart 2024-cü il tarixli iclasında deputat Qüdrət Həsənquliyev deyib.
“Özlərindən məbləğ müəyyənləşdirirlər. Məsələn, mənim müavinim Elçin Mirzəbəylinin yoldaşının və baldızının evini əşyalı söküblər. Ombusdman da hesabatda insanları incitdiklərini qeyd edib, ancaq bunu üçün hansı işləri görür?”. (Sfera.az)