20 Aprel 2025
MSK: Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir

MSK: Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir

MSK: Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir

27 Yanvar 2025 08:00 | Baxış sayı: 406

İlkin hesablamalara görə, Belarusun hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib.

Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, sahibkar Anna Kanopatskaya 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov 3,21% və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xijnyak 3,6% toplayıb.