SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlMourinyo "Fənərbağça"nı ulduz futbolçu üçün SƏFƏRBƏR ETDİ - O kimdir?
03 Dekabr 2024 11:10 | Baxış sayı: 319
"Fənərbağça"nın idman direktoru Mario Branko və vitse-prezident Acun Ilıcalı Səudiyyə Ərəbistanına gedir.
AJMEDİA.İNFO Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər həm Taliska, həm meneceri, həm də “Əl Nəsr” klubu ilə üzbəüz görüşlər keçirərək transferi yekunlaşdırmaq istəyir. Bildirilir ki, "Fənərbağça" mövsümün fasiləsində futbolçunu heyətə cəlb etmək istəyir. “Takvim” qəzetinin məlumatına görə, braziliyalı ulduz bir çox mövzuda “Fənərbağça” ilə razılaşıb. İddialara görə, "Fənərbağça" futbolçunu icarə və ya birdəfəlik transfer edərək heyətə cəlb edə bilər.
Qeyd edək ki, 2021-ci ildən "Əl Nəsr"də çıxış edən Taliska Səudiyyə Ərəbistanı klubunda 103 matçda 76 qol vurub və 10 məhsuldar ötürmə edib.