20 Aprel 2025
“Mossad”ın keçmiş rəhbəri vəfat etdi

“Mossad”ın keçmiş rəhbəri vəfat etdi

“Mossad”ın keçmiş rəhbəri vəfat etdi

02 Yanvar 2024 14:39 | Baxış sayı: 678

İsrail kəşfiyyatının keçmiş rəhbəri, Yom Kippur müharibələri (1973) zamanı ona rəhbərlik etmiş Zvi Zamir 99 yaşında vəfat edib.
AJMEDIA.INFO
xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
“Bu gecə “Mossad”ın dördüncü rəhbəri (1968-1974) Zvi Zamir öldü”, - deyə məlumatda bildirilib.
Zamirin rəhbərliyi altında Mossad 1972-ci ilin sentyabrında XX Yay Olimpiya Oyunları zamanı olimpiya kəndinə daxil olan, iki nəfəri öldürən və İsrail komandasının doqquz üzvünü girov götürən Fələstin terror təşkilatının “Qara Sentyabr” silahlıları haqqında məlumat toplayıb. Daha sonra İsrail kəşfiyyatı tərəfindən aksiyanın təşkilatçıları olduğu iddia edilən bir neçə yaraqlı məhv edilib.
Yom Kippur müharibələri zamanı İsrail cəmiyyətində “Mossad”ın mövqelərinin möhkəmlənməsində Zamirin xüsusi rolu olub. Həmçinin, onun rəhbərliyi altında təşkilat Yaxın Şərq ölkələri ilə əlaqələri genişləndirib.