İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlMonteneqro sərhədlərinə “Frontex” əməkdaşları yerləşdiriləcək
14 May 2023 20:30 | Baxış sayı: 637
Avropa sərhədlərinin mühafizəsi agentliyinin (“Frontex”) əməkdaşları Monteneqronun bütün sərhədlərində xidmət aparacaq.
Monteneqro və Avropa İttifaqının müvafiq işçi qrupları bununla bağlı razılığa gəliblər. Belə ki, “Frontex” əməkdaşları Monteneqronun əsgər və polisləri ilə birlikdə sərhəddə fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Frontex” fevral ayından etibarən Balkan regionu ölkələrində fəaliyyətini genişləndirmək üçün danışıqlar aparır. Monteneqronun daxili işlər naziri Filip Adziç “Frontex” yalnız Xorvatiya ilə sərhəddə deyil, bütün qonşu ölkələrlə sərhəddə yerləşdiriləcəyini açıqlamışdı.