İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlMoldovada müxalifətdə olan rusiyayönümlü partiya bağlanıb
19 İyun 2023 11:03 | Baxış sayı: 539
Moldovanın Konstitusiya Məhkəməsi müxalifətdə olan rusiyayönümlü Şor Partiyasının fəaliyyətinin qadağan edilməsi haqqında hökumətin qəbul etdiyi qərarı dəstəkləyib.
Bu barədə Konstitusiya Məhkəməsinin sədri Nikolay Roşka bildirib.
Onun sözlərinə görə, Şor Partiyası qanunsuz elan olunub. Sədr bildirib ki, partiya üzvü olan deputatlar mandatlarını qoruyub:
“Ancaq onlar parlament fraksiyası yarada və başqa fraksiyalara birləşə bilməzlər”.
Moldova Prezidenti Mayya Sandu bildirib ki, Şor Partiyası dövlət təhlükəsizliyini təhdid edirdi.
Qeyd edək ki, son zamanlar bu partiyanın keçirdikləri etiraz aksiyaları ilə Moldovanın təhlükəsizliyi üçün problem yaratdığına dair məlumat yayılırdı.