SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlMoldova Ukraynadan taxılın idxalına məhdudiyyət qoymayacaq
11 May 2023 00:44 | Baxış sayı: 612
Moldova Ukraynadan taxıl bitkilərin idxalına hələlik məhdudiyyət qoymamaq qərarına gəlib.
Bu barədə ölkənin kənd təsərrüfatı naziri Vladimir Bolya “TVR Moldova” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu məhdudiyyətlər problemləri həll etməyəcək və heç bir nəticə verməyəcək.
O əlavə edib ki, idxala məhdudiyyətlər nə moldovalı fermerlər üçün satış qiymətlərini artıracaq, nə də xərcləri azaldacaq.
V.Bolya həmçinin bildirib ki, Kişinyov Ukraynadan Moldova vasitəsilə taxılın tranzitinə qadağa tətbiq etməyi düşünmür.