SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlMisir və Türkiyə qarşılıqlı şəkildə səfir təyin edəcəklər
30 May 2023 09:52 | Baxış sayı: 467
Misir və Türkiyə qarşılıqlı şəkildə səfir təyin edəcəklər.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, Misir Prezidenti Əbülfəttah Əl Sisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu seçkidəki qələbəsi münasibətilə təbrik edib.
Misir Prezidenti seçkinin nəticələrinin Türkiyə xalqı üçün faydalı olmasını arzulayıb.
Başda iqtisadiyyat olmaqla Türkiyə-Misir əlaqələrini dərinləşdirəcək addımların və regional məsələlərin də müzakirə edildiyi telefon danışığında iki lider qarşılıqlı olaraq səfir təyin edilməsi barədə razılığa gəliblər.