20 Aprel 2025
Minimum maaş artdı: sahibkarlar nə qədər sosial haqq ödəyəcək?

Minimum maaş artdı: sahibkarlar nə qədər sosial haqq ödəyəcək?

Minimum maaş artdı: sahibkarlar nə qədər sosial haqq ödəyəcək?

24 Yanvar 2025 11:51 | Baxış sayı: 373

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın ödədiyi sosial haqların məbləği minimum əməkhaqqı ilə bağlıdır. Bu il yanvarın 1-dən minimum əməkhaqqı artırıldığı üçün sosial haqların məbləğində dəyişikliklər də baş verdi.

AJMEDİA.İNFO xəbər verir ki. bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, əhalinin sosial təminatının daha gücləndirilməsi üçün minimum əməkhaqqının mütəmadi artırıldığını nəzərə alaraq sahibkarlar üçün differensial sosial haqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı:

“Belə ki, sosial haqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur. Bu nəticədə minimum əməkhaqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişləri nisbətən az artımla müşahidə oluna bilər.

Müraciətlərin sayını nəzərə alaraq, bu ilin yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqlarının yeni məbləğlərini təqdim edirik.

1. Bakı şəhərində: Tikinti üzrə 200 manat (400 manat x 50 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 100 manat (400 manat x 25 faiz);

2. Sumqayıt və Gəncə şəhərlərində: Tikinti üzrə 180 manat (400 manat x 50 faiz x 90 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 90 manat (400 manat x 25 faiz x 90 faiz);

3. Digər şəhərlərdə: Tikinti üzrə 160 manat (400 manat x 50 faiz x 80 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 80 manat (400 manat x 25 fazi x 80 faiz);

4. Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində və qəsəbələrdə: Tikinti üzrə 120 manat (400 manat x 50 faiz x 60 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 60 manat (400 manat x 25 faiz x 60 faiz);

5. Kənd yerlərində: Tikinti üzrə 100 manat (400 manat x 50 faiz x 50 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 50 manat (400 manat x 25 faiz x 50 faiz)”.