20 Aprel 2025
Mingəçevirdə erkən nikah: Polis işə qarışdı

Mingəçevirdə erkən nikah: Polis işə qarışdı

Mingəçevirdə erkən nikah: Polis işə qarışdı

31 Yanvar 2024 12:15 | Baxış sayı: 672

DİN mediada 32 yaşlı şəxsin 16 yaşlı yeniyetmə ilə ailə qurması barədə yayılan görüntüyə münasibət bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, rəsmi nikah olmadan toy edərək birlikdə yaşayan Ruslan Məsiyev və 2007-ci il təvəllüdlü şəxs Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət ediliblər.

Müəyyən olunub ki, onlar ötən il dekabr ayında könüllü olaraq ailə qurublar, məcburetmə halı yoxdur.

Həmin şəxslərə izah verilib ki, yaşa görə qanunla icra hakimiyyətinin müvafiq qərarı ilə nikah tezləşdirilə bilər.

Yaxın günlərdə onun 17 yaşı tamam olduğuna görə rəsmi nikah bağlanılacaq.