20 Aprel 2025
Milliləşdirilmiş güləşçi Azərbaycanı “satdı”

Milliləşdirilmiş güləşçi Azərbaycanı “satdı”

Milliləşdirilmiş güləşçi Azərbaycanı “satdı”

22 Fevral 2025 18:17 | Baxış sayı: 893

U-20 Azərbaycan çempionatında 125 kq çəki dərəcəsində gümüş medal qazanmış sərbəst güləşçi Muxamed Qantemirov cəzalanacaq.


AJMEDIA.INFO xəbər verir ki, “Teleqraf”ın əldə etdiyi məlumata görə, inquş əsilli pəhləvan ilk “3-lüy”ə düşməsinə baxmayaraq, Azərbaycan milli komandasının təlim-məşq toplanışlarına cəlb olunmayacaq.


Böyük gələcək vədi ilə milliləşdirilən 18 yaşlı idmançının hərəkəti federasiya rəhbərliyinə xoş olmayıb. Onun məsələsinə İntizam Komitəsində baxılacağı bildirilir.


Qantemirov 2024-cü ildə keçirilən U-17 Avropa çempionatında gümüş, dünya çempionatında isə bürünc medal qazanıb.


Xatırladaq ki, Muxamed Qantemirov U-20 Azərbaycan çempionatında sinəsində Rusiya bayrağı olan triko ilə yarışıb.