20 Aprel 2025
Milli Məclisin komitə sədrlərinə “Mercedes E 300” verildi – Fotolar

Milli Məclisin komitə sədrlərinə “Mercedes E 300” verildi – Fotolar

Milli Məclisin komitə sədrlərinə “Mercedes E 300” verildi – Fotolar

30 Noyabr 2023 12:48 | Baxış sayı: 639

Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib.
AJMEDİA.İNFO “Report”a istinadən xəbər verir ki, artıq bir müddətdir ki, komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə edirlər.
Hazırda parlamentin 15 komitəsi var.
Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.