SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəl“Millətin tərbiyəsini pozmayın...” – Siyavuş Novruzovdan ETİRAZ
02 May 2023 08:46 | Baxış sayı: 415
"Televiziyada boşanırlar, ailə qururlar. Azərbaycanın milli mənəvi dəyərləri var, belə olmaz".
AJMEDİA.İNFO Sfera.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
Millət vəkili televziyalardakı bəzi verilişlərin formatından narazı qaldığını deyib:
"Niyə ailə münasibətlərini televiziya həll etməlidir: Bu tipli verilişlər Rusiyada ola bilər, amma biz Rusiya ilə bir deyilik. Belə verilişlərə mənim övladım, nəvəm, nəticəm baxır. Axı belə olmaz. Bizim dövlətimiz mənəviyyat üzərində qurulub. Millətin tərbiyəsini pozmayın".