20 Aprel 2025
Millət vəkilinə məxsus olduğu bildirilən milyonlarla dəyəri olan villanın görüntüləri yayıldı - VİDEO

12 Avqust 2024 17:38 | Baxış sayı: 394

VII çağırış növbədənkənar parlament seçkilərində 8 saylı Binəqədi seçki dairəsindən namizəd olan VI çağırış Milli Məclis deputatı Azay Quliyev milyonluq mülklə gündəmə gəlib. Sosial şəbəkələrdə A.Quliyevin Pirşağıda hektara yaxın ərazini əhatə edən və dəyəri milyonlarla hesablanan villasının üzə olduğu bildirilir. Villanın ərazisində geniş stadion olması barədə görüntülər də müzakirə yaradıb.

AJMEDİA.İNFO "pravda.az"a istinadla xəbər verir ki, A.Quliyevin Pirşağıdakı mülkü barədə Mərkəzi Seçki Komissiyasına heç bir məlumat vermədiyi də iddia olunur.

Məsələni dəqiqləşdirmək üçün saytımızın əməkdaşı Azay Quliyevin köməkçisi Asəf Vəliyevlə əlaqə saxlayıb. Onun telefonuna seçki qərargahının əməkdaşları cavab verərək bildiriblər ki, seçki ərəfəsində A.Quliyevin köməkçiləri işləmirlər.