20 Aprel 2025
"Mikrofonu uzatdım, mənimlə oxumadı" - Alim Qasımovdan İbrahim Tatlısəs açıqlaması + VİDEO

"Mikrofonu uzatdım, mənimlə oxumadı" - Alim Qasımovdan İbrahim Tatlısəs açıqlaması + VİDEO

"Mikrofonu uzatdım, mənimlə oxumadı" - Alim Qasımovdan İbrahim Tatlısəs açıqlaması + VİDEO

14 Oktyabr 2024 13:13 | Baxış sayı: 307

Xalq artisti Alim Qasımov türk sənət musiqisinin “imperator”u İbrahim Tatlısəslə bağlı açıqlaması ilə diqqət çəkib.


SAVASHMEDİA.az olay-a istinadla xəbər verir ki, bu barədə o, İzzət Bağırovun aparıcılıq etdiyi “İzzət şou”da danışıb.


Xanəndə bildirib ki, toyların birində mikrafonu Tatlısəsə uzatsa da, onunla oxumayıb:“Allah İbrahim Tatlısəsə şəfa versin. Amma bir dəfə onun məclisində məni dəvət etmişdilər. Oxudum. Bilirəm ki, Tatlısəs də bunu oxuyur. “Çərşənbə günündə, çeşmə başında...” zümzümə edib, mikrafonu ona uzatdım. Mikrafona da elə gözəl səs vermişdilər.


Dedim ki, onunla birgə oxuyum. Mənimlə oxumadı. Sonra ikinci dəfə mənə söz verdilər. Mikrafonu elə günə qoymuşdular. Oxumaq qalsın, danışmaq da olmurdu.


Nə isə. Allah qeybətə yazmasın!”