SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
3 saat əvvəl"Metro və marşrutlardan istifadə edin" - Polisdən avtomobili olanlara ÇAĞIRIŞ
09 Sentyabr 2024 15:55 | Baxış sayı: 261
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə AJMEDİA.İNFO-ya qurumdan məlumat verilib.
“Bakı şəhərində keçiriləcək “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabr ayının 13-dən 15-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri xahiş olunur”, - məlumatda qeyd olunub.
Qurum həmçinin paytaxt sakinlərinə çağırış edib: “Sakinlərin yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələrilə, ümumiyyətlə, yola çıxmamaları xahiş olunur”.