SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlMeta Trampa 25 milyon dollar ödəyəcək
30 Yanvar 2025 16:21 | Baxış sayı: 884
ABŞ Prezidenti Donald Trampla Meta arasında baş verən qalmaqal razılıqla yekunlaşıb.
AJMEDİA.İNFO xəbər verir ki, şirkət Trampa 25 milyon dollar ödəməyi qəbul edib. Xəbərdə deyilir ki, 2021-ci ildə Konqresə hücum səbəbiylə Trampın “Facebook” hesabı bağlanandan sonra özü də senzuraya məruz qalıb. Bundan sonra, Tramp şirkətə iddia qaldırıb. “The Wall Street Journal”ın yazdığına görə, adı açıqlanmayan mənbələr Trampla Meta arasındakı razılaşmanın təfərrüatlarını təqdim ediblər.
Mənbələr Metanın ödəyəcəyi pulun 22 milyon dollarının Trampın “prezident kitabxanası”na sərf ediləcəyini, yerdə qalan pulun isə bu məsələdə iştirak edən digər şəxslərə və vəkillik xərclərinə ayrılacağını bildirib. “NBC News” xəbər verir ki, Meta federal məhkəməyə Trampa razılığa gəldiyi barədə bildiriş təqdim edib.