Qiyməti 8 min dollardan aşağı olan 10 ən etibarlı istifadə edilmiş avtomobil – SİYAHI
5 saat əvvəlMəşhur seysmoloqdan zəlzələ xəbərdarlığı: 10 bal gücündə hiss olunacaq
12 Yanvar 2025 09:32 | Baxış sayı: 484
Seysmoloq Naci Görür Bingöl-Karlıova-Ərzincan xəttində böyük zəlzələ olacağını bildirib.
N. Görür 7,4 bal gücündə ola biləcək zəlzələnin Tuncelidə 10 bal gücündə hiss olunacağını deyib.
Türkiyənin 485 aktiv fay xəttindən biri olan Bingöl-Karlıova-Ərzincan xətti yer alimləri tərəfindən yaxından izlənilir. Naci Görür bu xəttdə 7 və daha çox bal gücündə zəlzələnin baş verməsinin qaçınılmaz olduğunu deyib.
Görürün xəbərdarlıqlarına uyğun olaraq CHP millət vəkilləri bölgədəki zəlzələ riskini qiymətləndirmək üçün hərəkətə keçib.
Yanvarın 7-də Ankarada keçirilən görüşdə Naci Görür CHP millət vəkillərinə mümkün ssenariləri ətraflı izah edib. Yığıncaqda Şərqi Anadolu fay xətti ilə Şimali Anadolu fay xəttinin kəsişdiyi Tunceli və ətrafındakı qırılma xətlərinin hər 250 ildən bir böyük zəlzələ törətdiyi və bu müddətin başa çatdığı vurğulanıb./publika.az