SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlMəşhur serialın çəkildiyi an yanğın baş verdi - ÖLƏN VAR
16 Aprel 2025 15:23 | Baxış sayı: 282
Türkiyənin Böyükadasında "Şakir Paşa Ailəsi: Möcüzələr və qalmaqallar" serialının çəkildiyi tarixi Şakir Paşa sarayında yanğın baş verib.
AJMEDİA.İNFO haber global-a istinadən xəbər verir ki, alovlara müdaxilə edən serial heyətinin əməkdaşı – layihə rəhbəri həyatını itirib.
Jurnalist Birsen Altuntaşın yaydığı məlumata görə, MedYapım-a məxsus serialın bu gün saray səhnələri çəkilməli idi. Aktyorlar çəkiliş üçün hazırlaşdıqları vaxt sarayın bir otağında naməlum səbəbdən yanğın başlayıb.
Yanğını söndürməyə çalışan, heyətdə "Taki" ləqəbi ilə tanınan layihə rəhbəri tüstüdən zəhərlənərək yerindəcə infarkt keçirib. Ona göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra çəkilişlər dayandırılıb, aktyor heyəti evlərinə göndərilib. Serial heyəti yayımladığı açıqlamada belə deyilib: "Komandamızın üzvü, layihə rəhbərimiz Takini itirdik. Başımız sağ olsun. Dəfn mərasimi ilə bağlı əlavə məlumat veriləcək."
Qeyd edək ki, bir neçə ay əvvəl də "Şakir Paşa Ailəsi: Möcüzələr və qalmaqallar" serialının Kartalda yerləşən çəkiliş pavilyonunda da yanğın baş vermişdi. O zaman serialda Böyükadadakı köşkü canlandıran 1200 kvadratmetrlik dekorasiya tamamilə yanaraq kül olmuşdu.