Hindistan və Pakistan arasında atışma yenidən başladı
42 dəqiqə əvvəlMəşhur müğənni yolda qəzaya SƏBƏB OLDU - VİDEO
27 May 2024 11:23 | Baxış sayı: 445
Türkiyəli məşhur müğənni Sinan Akçıl İzmir şəhərində qəzaya səbəb olub.
AJMEDİA.İNFO xəbər verir ki, sənətçi dostu ilə işıqfor olmayan yolda anidən qarşı tərəfə keçmək qərarına gəlib.
Bu an yolu keçən nəqliyyat vasitəsi onları əzməmək üçün qəfil maşını saxlamalı olub.
Nəticədə o arxada gələn avtomobillə toqquşub. Sürücülərdən biri qəzaya səbəb olan müğənniyə hücum etmək istəyib.
Lakin Sinanın dostu buna mane olub.
İfaçının ani diqqətsizliyi ətrafdakılar tərəfindən anbaan görüntülənib. Akçıl baş verənlərə məhəl qoymadan dərhal ərazini tərk edib.