SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlMəşhur milyarder faciəvi şəkildə ÖLDÜ - TƏFƏRRÜAT + FOTO
16 Yanvar 2024 14:44 | Baxış sayı: 559
Rusiyalı milyarder Andrey Qodunov Murmansk vilayətində gəzinti zamanı qar uçqunu altında qalıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Baza" Telegram kanalında məlumat yayılıb.
Məlumata görə, 48 yaşlı Qodunov qar uçqunu altında qalaraq həlak olub. Onun cəsədi yanvarın 8-də Petrelius dağındakı Ramsay dərəsi yaxınlığında aşkar edilib. O, qeydiyyatdan keçməmiş turist qrupu ilə qar avtomobilində gəzib. Baş verənlərlə bağlı başqa təfərrüatlar açıqlanmayıb.
Qodunov "Apple" avadanlıqlarının satışı və servisi üzrə ixtisaslaşan "NBCOM" Qrupunun təsisçisidir. 2023-cü ildə iş adamının sərvəti 3,5 milyard rubl olaraq qiymətləndirilib.
(sfera.az)