İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
8 dəqiqə əvvəlMəşhur məşqçi faciəvi şəkildə ÖLDÜ - FOTO
25 Dekabr 2023 07:06 | Baxış sayı: 611
Dekabrın 24-nə keçən Sumqayıtda moped sürücüsünün ölümü ilə nəticələnən yol qəzası baş verib.
AJMEDİA.İNFO xəbər verir ki, saat 23 radələrində 1972-ci il təvəllüdlü Füzuli Nizami oğlu Bağırovun idarə etdiyi moped 41-ci məhəllə adlanan ərazidə beton maneəyə çırpılıb. Nəticədə ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, vəfat edib.
Bildirilir ki, qəzada dünyasını dəyişən F. Bağırov tanınmış cüdo məşqçisidir.
Dünya Avropa mükafatçısı olan Füzuli Bağırov idman ustası və Azərbaycanın Əməkdar məşqçisi olub.