20 Aprel 2025
Məşhur jurnal Baydenin gedişini belə TƏSVİR ETDİ - FOTO

Məşhur jurnal Baydenin gedişini belə TƏSVİR ETDİ - FOTO

Məşhur jurnal Baydenin gedişini belə TƏSVİR ETDİ - FOTO

22 İyul 2024 09:16 | Baxış sayı: 458

Məşhur “Time” jurnalı nəşrin bu dəfəki üz qabığını ABŞ Prezidenti Co Baydenin seçki yarışından geri çəkilməsinə və vitse-prezident Kamala Harrisi prezidentliyə namizədlikdə dəstəkləməsinə həsr edib.

AJMEDİA.İNFO xəbər verir ki, jurnal bununla iyunun 28-i Baydenin təsvir olunduğu üz qabğını yeniləyib.

Belə ki, həmin vaxt “Time” Co Baydenlə Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp arasında baş tutan debatdan sonra üz qabığında kadrı tərk edən Baydenin fotosunu yerləşdirmişdi. Bu zaman sözügedən təsvir “Təşviş” sözü ilə şərh edilmişdi.

Bu dəfə isə Bayden kadrı tərk edərkən, Kamala Harrisin səhnəyə daxil olduğu təsvir edilib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden iyulun 21-də seçki yarışını tərk etdiyini açıqlayıb. O, prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəklədiyini bəyan edib.