20 Aprel 2025
Məşhur generalın oğluna yüksək vəzifə verildi - FOTO

Məşhur generalın oğluna yüksək vəzifə verildi - FOTO

Məşhur generalın oğluna yüksək vəzifə verildi - FOTO

26 Fevral 2025 13:36 | Baxış sayı: 323

Azərbaycan ilk dəfə NATO-nun “Dəniz Təhlükəsizlik Mükəmməlliyi” (MARSEC COE) mərkəzinə üzv qəbul edilib. Razılaşmaya əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin Mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcək.


AJMEDİA.İNFO-nun Qafqazinfo-ya istinadən xəbərinə görə, üçüncü dərəcəli kapitan Kamran Tahirbəyli ölkəmizin Mərkəzdəki nümayəndəsi təyin edilib.


K.Tahirbəyli müdafiə nazirinin sabiq müavini - Hərbi Hava Qüvvələrinin əvvəlki komandanı general-leytenant Ramiz Tahirovun oğludur. O həm də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşe köməkçisidir.


Kamran Tahirbəyli Vətən müharibəsi iştirakçısıdır. O, Qubadlı, Cəbrayıl və Zəngilanın azad edilməsinə görə medalları ilə təltif edilib.


Qeyd edək ki, Ramiz Tahirov ötən ilin mayında Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.


Fotoda: Kamran Tahirbəyli

ramiz-tahirovun-ogluna-yuksek-vezife-verildi