20 Aprel 2025
Məşhur "Dubay şokoladı"nın ZƏRƏRLƏRİ

Məşhur "Dubay şokoladı"nın ZƏRƏRLƏRİ

Məşhur "Dubay şokoladı"nın ZƏRƏRLƏRİ

28 Oktyabr 2024 16:11 | Baxış sayı: 345

Sosial şəbəkələrdə məşhurlaşan Dubay şokoladının sağlamlıq üçün təhlükəli olduğu üzə çıxıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "StarHit"ə diyetoloq Anna Belousova məlumat verib.

Məlum olub ki, 200 qram ağırlığı olan desertin bir çubuqunda min kilokalori var.

Həkimin sözlərinə görə, belə şirinlik kiçik miqdarda olsa belə təhlükəli ola bilər.

"Əgər sizin allergiyanız varsa, bunu ümumiyyətlə sınamamalısınız. Öd kisəsi ilə bağlı problemi olan insanlara bu şokoladı dadmağı məsləhət görməzdim", - deyə o qeyd edib.

Endokrinoloq Veronika Savenko da həmkarının fikri ilə razılaşaraq şəkərli diabet və piylənmə xəstələrini şirniyyatdan imtina etməyə çağırıb. Şokoladın tərkibinə daxil olan məhsullar ishal və digər mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər.