19 Aprel 2025
Məşhur aparıcı vəfat etdi - FOTO

Məşhur aparıcı vəfat etdi - FOTO

Məşhur aparıcı vəfat etdi - FOTO

17 Aprel 2025 11:47 | Baxış sayı: 323

Məşhur "Gambit" və "Tic-Tac-Dough" oyun şoularının sevimli aparıcısı Vink Martindeyl 91 yaşında vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, aparıcının ölümünü onun meneceri Brayan Mayes elan edib.

Məşhur aparıcının bir ildir ki, limfoma ilə mübarizə apardığı və çərşənbə axşamı Kaliforniyada xəstəxanada dünyasını dəyişdiyi bildirilib.

Şən xasiyyəti, təsirli səsi, rəngarəng gödəkçələri və xüsusilə də qəribə adı ilə tanınan Martindeyl 74 illik karyerası ərzində televiziya aləminin simvolu olub.