İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
14 dəqiqə əvvəlMəşhur aktyor VƏFAT ETDİ - FOTO
01 İyul 2024 15:00 | Baxış sayı: 415
Məşhur aktyor Martin Mall vəfat edib.
AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun qızı Meqqi Mall sosial şəbəkə hesabında yazıb.
O, uzun sürən xəstəlikdən sonra atasını itirdiyini bildirib.
"Atam bütün yaradıcılıq sahələrində mükəmməllik adına layiq görülürdü. Əyləncəli və şən olmaqdan heç vaxt əl çəkməzdi. Bugün atam həyat yoldaşı, qızı, dostları, iş yoldaşları, həmkarları, komediyaçıları və musiqiçiləri tərəfindən yad ediləcək" -deyə Meqqi qeyd edib.
Xatırladaq ki, Martin Mall "Fernwood Tonight", "Sabrina the Teenage Witch, "Arrested Development" və "Roseanne" kimi seriallarda yaddaqalan obrazlar yaradıb.(baku.ws)