SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlMəşhur aktyor və xanımı ölü TAPILDI - FOTO
27 Fevral 2025 15:09 | Baxış sayı: 596
Məşhur amerikalı aktyor Cin Hekmen və həyat yoldaşı Betsi Arakavanın cəsədi aşkar olunub.
AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, 95 yaşlı aktyor və 63 yaşlı həyat yoldaşının cəsədi onların Santa-Fedəki evində tapılıb.
Polisin məlumatına görə, cütlüyün üzərində zorakılıq əlamətlərinə rast gəlinməyib. Məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Hekmen karyerası boyu 90-dan çox rol canlandırıb. O, əsas olaraq “The French Connection”, “Mississippi Burning”, “The Quick and the Dead” filmlərindəki rolları ilə məşhurlaşıb. Hekmen, həmçinin ikiqat “Oscar” mükafatı laureatı olub.