20 Aprel 2025
Məşhur aktyor səhnədə öldü - FOTO

Məşhur aktyor səhnədə öldü - FOTO

Məşhur aktyor səhnədə öldü - FOTO

29 Noyabr 2024 15:18 | Baxış sayı: 340

Məşhur kanadalı aktyor Julien Arnold oynadığı tamaşa zamanı səhnədə yıxılaraq dünyasını dəyişib.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, ömrünü həsr etdiyi teatr səhnəsində son nəfəsini verən Arnoldun 60 yaşı var idi.

Zalı dolduran yüzlərlə tamaşaçının gözü qarşısında baş verən hadisə ötən bazar günü Kanadanın Edmonton şəhərindəki Citadel Teatrında baş verib.

“A Christmas Carol” tamaşasında rol alan veteran aktyor Arnold qəfildən səhnədə yıxılıb.

Dərhal hadisə yerinə tibb yardım xidməti gəlib. Lakin müdaxilələr nəticəsiz qalıb və məşhur aktyorun teatrdan çıxarılmadan dünyasını dəyişdiyi açıqlanıb.