Bu ailələrə 300 manatdan çox müavinət veriləcək
50 dəqiqə əvvəlMəşhur aktyor QƏTLƏ YETİRİLDİ - FOTO
27 May 2024 08:53 | Baxış sayı: 507
Amerikalı məşhur aktyor Conni Vaktor öldürülüb.
AJMEDİA.İNFO xarici KİV-ə istinadən bildirir ki, aktyor Los-Ancelesdə güllələnib. Los Anceles Polis Departamentinin məlumatına görə, hadisə bazar günü saat 3 radələrində Vest-Piko bulvarı və Sayt-Houp küçəsi ərazisində baş verib. Məlumata görə, xəstəxanaya çatdırılan 37 yaşlı Vaktor aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, aktyor daha çox “General hospital” serialındakı Brando Corbin rolu ilə tanınıb.