SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlMəşhur aktyor GÜLLƏLƏNDİ: Vəziyyəti AĞIRDIR - FOTO
16 Avqust 2024 11:30 | Baxış sayı: 466
Türkiyənin Adana şəhərində daha əvvəl internet və rəqəmsal platformada yayımlanan "Sıfır Bir" serialında rol alan aktyor və menecer Tümer Adakaner restoranında silahlı hücum nəticəsində ağır yaralanıb.
AJMEDİA.İNFO haberler.com-a istinadən xəbər verir ki, kürəyindən güllə yarası alan və ağır yaralanan Adakaner müalicə üçün xəstəxanaya aparılıb.
Hadisə ötən gün Türkiyə vaxtı ilə saat 15:00 radələrində Seyhan rayonunun Döşeme məhəlləsindəki restoranda baş verib. Tümer Adakaner iş yerində çay içərkən yanına papaqlı bir kişi gəlib. Əvvəlcə ünvanı soruşan şübhəli daha sonra belindən götürdüyü silahla Adakaneri kürəyindən vuraraq qaçıb.Hadisə yerinə gələn polis şübhəlinin şəxsiyyətinin müəyyən edilərək tutulması üçün işə başlayıb.(BAKU.WS)