SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlMeşə yanğını zamanı 13 evə ziyan dəyib
05 May 2023 02:56 | Baxış sayı: 635
Rusiyanın Tümen vilayətinin Uspenka kəndində baş verən yanğın 3 900 kv.m sahədə lokallaşdırılıb, yanğın bölmələri 1000-dən çox yaşayış binasını yanğından mühafizə edə bilib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Uspenka kəndində 3900 kvadratmetr sahədə yanğın lokallaşdırılıb. Yanğın nəticəsində 13 yaşayış evinə ziyan dəyib. Yanğından mühafizə bölmələrinin operativ və əlaqələndirilmiş tədbirləri nəticəsində 1000-dən çox yaşayış binası yanğından mühafizə olunub”, - mətbuat xidmətindən bildiriblər.
Ümumilikdə yanğının söndürülməsinə iki Mi-8 helikopteri, 226 nəfər, 56 texnika cəlb olunub.