SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlMərc oyunlarına qurşanan kişi... - Göyçayda DƏHŞƏT
13 Sentyabr 2024 16:00 | Baxış sayı: 507
Göyçay şəhərində intihar hadisəsi baş verib.
AJMEDİA.İNFO xəbər verir ki, şəhər sakini 1987-ci il təvəllüdlü Pünhan Hacıyevin bu gün səhər saatlarında asılı vəziyyətdə meyiti yaşadığı evin qonşuluğunda ailəsinə məxsus tikilidə tapılıb.
Onun son zamanlar mərc oyunları oynadığı və xeyli borcunun yarandığı bildirilib.
İntiharın da bu səbəbdən baş verməsi ehtimal edilir.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.