SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəl"Mən bilmirəm, onun hansısa titulu var idi, ya yox, amma..." - Deputatdan Aygün Bəylərlə bağlı QƏRİBƏ AÇIQLAMA
08 Yanvar 2024 09:32 | Baxış sayı: 524
"Aygün Bəylərin ifasına çox bağlı idim. Onun bütün mahnılarını çox sevirdim".
AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Hümmətova ilə vida mərasimində iştirak edən deputat Razi Nurullayev deyib:
"Yeganə müğənni idi ki, Aygün Bəyləri ekranda görən zaman kanalı dəyişmirdim. Çalışırdım ki, sona qədər dinləyim. Hər zaman onun danışığında, müsahibələrində bir nisgil hiss edirdim. Doğrudan da, qəmli idi, narazılığı vardı. Hiss edirdim ki, ölkədən, dostlarından umacaqları var, amma onlara çata bilmirdi. Xalqın məhəbbətini qazanmış sənətkar idi. Bu gün burada bu qədər insanın olması xalqın ona olan sevgisinin göstəricisidir. Açığı, mən bilmirəm, onun hər hansı titulu vardı, ya yox, ancaq o, Azərbaycan xalqı üçün bir Xalq artisti idi. Mən istərdim ki, bütün dəyərli insanlara ölməmişdən öncə dəyər verək. Allah onun övladını saxlasın. Allah rəhmət eləsin". (Sfera.az)