SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlMəmmədyarov yenə armageddonda uduzdu
06 İyun 2023 21:03 | Baxış sayı: 640
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirib.
38 yaşlı qrossmeyster VII turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. VI turda armageddonda Nakamuranın həmyerlisi Uesli Soya uduzan Məmmədyarov yenə eyni aqibətlə üzləşib.
O, hazırda 9 xalla 3-cü pillədə qərarlaşıb. 13 xalı olan Nakamura isə 2-cidir.
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.axar.az