20 Aprel 2025
Mel Gibsondan Azərbaycana qarşı təxribat

Mel Gibsondan Azərbaycana qarşı təxribat

Mel Gibsondan Azərbaycana qarşı təxribat

30 Sentyabr 2023 06:06 | Baxış sayı: 1550

Hollivud ulduzu Mel Gibson Azərbaycan və Türkiyə ilə bağlı təxribat xarakterli açıqlama verib.
AJMEDİA.İNFO
xəbər verir ki, ermənipərəst aktyor Azərbaycanın Qarabağdakı lokal xarakterli antiterror tədbirlərini soyqırımı adlandırıb.
Qeyd edək ki, ötən həftə Azərbaycan Qarabağda qeyri-qanuni erməni qüvvələrinin təxribat əməllərinin artması ilə bağlı lokal xarakterli antiterror tədbirləri keçirib. Antiterror tədbirlərindən sonra Qarabağın erməni əhalisi könüllü şəkildə Ermənistana üz tutub, bu proses davam edir. Sonuncu məlumata görə 98 mindən çox erməni Ermənistana keçib. Azərbaycan hökuməti Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyini bildirib. Onlara reinteqrasiya ilə bağlı təkliflər təqdim edilib. Onların dini, təhsil, mədəni, bələdiyyə hüquqları - beynəlxalq konvensiyalara uyğun olaraq bütün bu məsələlər həll ediləcəyi qeyd edilib.