20 Aprel 2025
Məktəbli qız güllələndi - DƏHŞƏTLİ OLAY

Məktəbli qız güllələndi - DƏHŞƏTLİ OLAY

Məktəbli qız güllələndi - DƏHŞƏTLİ OLAY

29 İyul 2024 08:12 | Baxış sayı: 457

Leninqrad vilayətindən olan qız atışmadan sonra xəstəxanaya yerləşdirilib.

Bu barədə 78.ru mənbəyə istinadən məlumat yayıb.

Hadisə rayonun Telmana kəndində baş verib. Məktəbli qız əlindən xəsarət alaraq xəstəxanaya gedib. Həkimlər 15 yaşlı xəstənin vəziyyətini orta ağır qiymətləndirib və əməliyyat olunub. Müdaxilə zamanı xəstənin bədənindən travmatik tapançanın gülləsi çıxarılıb.

Zərərçəkənin bildirdiyinə görə, ona kimin və hansı yerdən atəş açdığını görməyib. Güllədən sonra qolunda kəskin ağrı hiss edib.

Zərərçəkənin polisə müraciət edib-etmədiyi barədə məlumat verilmir./32gun.az

Teqlər:
Olay