20 Aprel 2025
Məktəblərdə bayram tətilinin tarixləri AÇIQLANDI

Məktəblərdə bayram tətilinin tarixləri AÇIQLANDI

Məktəblərdə bayram tətilinin tarixləri AÇIQLANDI

15 Mart 2023 07:08 | Baxış sayı: 637

Novruz bayramı ilə əlaqədar orta məktəblərdə tətil günlərinin sayı açıqlanıb.

Bu barədə AJMEDİA.İNFO -ya Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” müvafiq qərarına əsasən, tətil günləri aşağıdakı kimi müəyyən edilib:

- beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 17 mart, bayramdan sonra ilk iş günü 27 mart;

- altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 18 mart, bayramdan sonra ilk iş günü 25 mart tarixləridir.

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.