SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlMəhkəmədən saxta pul hazırlamaqda təqsirləndirilən azərbaycanlı alimlə bağlı QƏRAR
17 Noyabr 2023 10:56 | Baxış sayı: 492
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
AJMEDİA.İNFO xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, bu barədə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova qərar qəbul edib.
İş üzrə ibtidai istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar F.Qasımovun həbsdə saxlama müddəti üç ay uzadılıb.
Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.