SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlMəhkəmə tanınmış xəbər aparıcısı ilə bağlı QƏRAR VERDİ
19 Mart 2025 13:11 | Baxış sayı: 475
Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış xəbər aparıcısı Ece Üner saxlanılıb.
AJMEDİA.İNFO xəbər verir ki, aparıcıya qarşı iki ittiham ilə istintaq başladılıb.
Buna səbəb pasportu əlindən alınan jurnalist İsmayıl Saymazın sosial şəbəkədə paylaşım etməsi olub. “Halk TV”-nin aparıcısı Ece Üner bu paylaşıma cavab olaraq "FETÖ əməliyyatından qalan uşaqların reputasiya sui-qəsdlərindən bezdik!" şərhini yazıb.
Üner bu şərhə görə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən "məhkəmə orqanlarını açıq şəkildə təhqir etmək" və "ədalətli mühakiməyə təsir etmək cəhdi" cinayətləri ilə bağlı istintaqa cəlb edilib.
O, ifadə vermək üçün polisin müşayiəti ilə ədliyyəyə gətirilib. Aparıcı xaricə çıxış qadağası və məhkəmə nəzarəti şərtləri ilə sərbəst buraxılıb.