20 Aprel 2025
Məhkəmə olmadan cəza tətbiqi qadağan edilib

Məhkəmə olmadan cəza tətbiqi qadağan edilib

Məhkəmə olmadan cəza tətbiqi qadağan edilib

21 İyun 2023 21:01 | Baxış sayı: 609

“Taliban”ın ali lideri Heybətullah Axundzadə Əfqanıstanda məhkəmədənkənar cəza tətbiqini qadağan edən fərman imzalayıb.

Bu barədə "TOLO News" telekanalı məlumat yayıb.

"Taliban"ın rəsmi nümayəndəsi Zəbiullah Mücahid bildirib ki, məhkəmə şəriət əsasında cəza təyin edir. Bu fərmanı pozanlar cəzalandırılacaq.

Bundan əvvəl beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri "Taliban" tərəfindən keçmiş hökumət nümayəndələrinə və ölkədə yaşayan milli azlıqlara qarşı məhkəməsiz qətl faktları barədə dəfələrlə məlumat yayıblar.