20 Aprel 2025
Məhkəmə Azər Zahidlə bağlı QƏRAR VERDİ

Məhkəmə Azər Zahidlə bağlı QƏRAR VERDİ

Məhkəmə Azər Zahidlə bağlı QƏRAR VERDİ

15 Aprel 2025 14:00 | Baxış sayı: 331

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan aparıcı Azər Zahidin həbs müddəti uzadılıb.


AJMEDİA.İNFO xəbər verir ki, bu gün Nərimanov rayon Məhkəməsində bununla bağlı təqdimata baxılıb.


Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Azər Zahid barəsində həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılması barədə qərar çıxarılıb.


Bundan başqa, "TikTok" əməliyyatları nəticəsində saxlanılan “Rosh life” ləqəbli “TikToker” Rövşən Təhməzovun barəsində seçilmiş həbs qətimkan tədbirinin də müddəti uzadılıb.


Qeyd edək ki, ötən ilin dekabr ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.


Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.(APA)