Məhəmməd Əmin Rəsulzadənin nəvəsi insult KEÇİRDİ
25 Sentyabr 2023 11:13 | Baxış sayı: 735
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə insult keçirib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
R. Rəsulzadənin xəstəxanaya aparıldığı, hazırda müalicə olunduğu bildirilir.
Qeyd edək ki, R. Rəsulzadə 1946-cı ildə Qazaxıstanda anadan olub. O, 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.