SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlMedvedev Fransaya Zukerberqi həbs etməyi təklif etdi
27 Avqust 2024 16:20 | Baxış sayı: 589
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransaya “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqi həbs etməyi təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Medvedev rəhbərlik etdiyi “Vahid Rusiya” partiyasının namizədləri – müharibə iştirakçıları ilə görüşdə deyib.
“Bu Makron (Fransa Prezidenti Emmanuel – red.) nə qədər desə də, bu, sırf hüquqi məsələdir, məhkəmə qərarlarına təsir edə bilməz. Yaxşı, Zukerberq onlara gələndə onu həbs etsinlər. Eyni şey
“Facebook”da da baş verir. Bəli, orada çoxlu zibil və hətta cinayətkar fəaliyyət var, bu doğrudur. Amma, ilk növbədə, sual yaranır ki, bu platformanın yaradıcısı buna cavabdehdirmi?”, - Medvedev deyib.
O qeyd edib ki, Rusiya hakimiyyətinin də “Telegram”a qarşı oxşar şikayətləri olub:
“Ancaq bu o demək deyil ki, bütün bunlar onun razılığı ilə edilir, onlar isə bu işdə onu günahlandırmağa çalışırlar”.