SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlMayk Tayson heç vaxt qalib gələ bilməyəcəyi boksçunun ADINI ÇƏKDİ
28 Fevral 2025 12:16 | Baxış sayı: 726
Ağır çəkili boks üzrə keçmiş şəksiz dünya çempionu Mayk Tayson müsahibəsində Məhəmməd Əli haqqında danışıb.
AJMEDİA.İNFO-nun xarici mediaya istinadən məlumatına görə, Tayson deyib ki, hətta karyerasının zirvəsində olsa da belə Məhəmməd Əlini məğlub edə bilməyəcəkdi:
“Onun kimi bir insan yoxdur. Hər şeydə o, bizdən üstündür. Boksçudan çox modelə oxşayırdı. O, yaraşıqlı siması olan Tyrannosaurus rex kimidir, səni dərin sulara sürükləyib boğacaq. O, xüsusidir. Ən yaxşısı. Əliyə heç kim qalib gələ bilməzdi. Mən bu adama qalib gələ bilmədim, mümkün deyil”.
Məhəmməd Əli iki dəfə (1964-1966, 1974-1978) ağır çəkidə dünya çempionu olub. O, karyerası ərzində 61 döyüş keçirib, bu döyüşlərdə 56 qələbə qazanıb (37-si nokaut), beşində isə məğlub olub. Əli son döyüşünü 1981-ci ilin dekabrında keçirib.
Mayk Tayson isə ilk peşəkar döyüşünü 1985-ci ilin martında keçirdi. O, 59 döyüş keçirib, 50 qələbə qazanıb (44-ü nokautla), 7-də isə məğlub olub.
2024-cü ilin noyabrında Tayson yekdil qərarla uduzduğu bloqqer Ceyk Paula qarşı yeddi raundluq mübarizə aparıb. Bu döyüşə görə 58 yaşlı Tayson 20 milyon dollar qazanıb.